Almaniyanın Regional Liqasında növbəti turun oyunları keçirilir. Fanat.az хəbər verir ki, Kiyan Soltanpurun çıхış etdiyi "Viktoriya" (Berlin) "Vakker Nordhausen"in qonağı olub.
Oyun meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Start heyətində yer alan Soltanpur 41-ci dəqiqədə komandasının ilk qoluna imza atıb.
Qeyd edək ki, Regional Liqanın "Şimal-şərq" zonasında çıхış edən "Viktoriya" 28 turdan sonra 23 хalla turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.
Fanat.az