Serbiya Avropa çempionu oldu

Serbiya Avropa çempionu oldu
Kişi voleybolçuların Avropa çempionatına yekun vurulub.
Fanat.Az xəbər verir ki, Fransanın paytaxtı Paris şəhərində keçirilən həlledici görüşdə Serbiya və Sloveniya milliləri üz-üzə gəlib. Matçın qalibi 4 set sonunda müəyyənləşib. Daha üstün oyun nümayiş etdirən Serbiya 3:1 hesabı ilə qələbə qazanıb. Bu, Balkan təmsilçisinin ikinci (2011, 2019) Avropa çempionluğudu. Yuqoslaviyanın daxilində isə serblər 2001-ci ildə qitənin ən güclüsü olmuşdular.
Aleksandar Atanisiyeviç 22 xalla komandasının qələbəsində əsas pay sahibi olub. Sloveniyanın heyətində isə Klemen Çebul 15 xalla oynayıb.
Qeyd edək ki, Uroş Kovaçeviç Avropa çempionatının "ən dəyərli oyunçusu" seçilib.
Avropa çempionatı
Final
Serbiya - Sloveniya 3:1 (19:25, 25:16, 25:18, 25:20)
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər