Bu gün "Bakı-2015" Avropa oyunları münasibətilə Şəmkirdə planlaşdırılan "Alov festivalı" dünən Bakının Binəqədi rayonunda baş vermiş faciə ilə əlaqədar olaraq təxirə salınıb. Bu barədə APA-ya Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova məlumat verib.
"Məşəl sadəcə proqrama əsasən regiondan keçəcək", deyə S.Məmmədova bildirib.
Qeyd edək ki, mayın 19-da Bakıda yaşayış evində baş vermiş yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.
Fanat.az