Rusiya yığmasının baş məşqçisi Fabio Kapello DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Lüksemburq və Azərbaycana qarşı keçirəcəkləri səfər oyunları üçün ilkin heyəti açıqlayıb. Fanat.az xəbər verir ki, şimal qonşularımızın geniş heyətində 36 futbolçu yer alır.
Rəqibimizin heyətində cəmi bir legioner yer alıb ki, bu da "Sevilya"da forma geyinən Denis Çerışevdı. "Lokomotiv"də çıxış edən azərbaycanlı futbolçu Aleksandr Səmədovun da adı siyahıdadı.
Rusların bu oyunlar üçün yekun heyəti bir qədər sonra açıqlanacaq. Hələlik isə, oktyabrın 11-də Lüksemburqla, 15-də Azərbaycanla görüşlərdə iştirak etməyə namizəd futbolçular bunlardı:
Qapıçılar: İqor Akinfeyev (ÇSKA), Vladimir Qabulov (Dinamo), Yuri Lodıqin (Zenit), Sergey Rıjikov (Rubin).
Müdafiəçilər: Alekser Berezutski, Vasili Berezutski, Sergey İqnaşeviç, Kiril Nababkin, Georgi Şennikov (hamısı ÇSKA), Aleksandr Anyukov, İqor Smolnikov (hər ikisi "Zenit"), Dmitri Kombarov, Sergey Parşivlyuk (hər ikisi "Spartak"), Vladimir Qranat (Dinamo), Vitali Dyakov (Rostov), Aleksey Kozlov (Kuban)..
Yarımmüdafiəçilər: İqor Denisov, Artur Yusupov, Yuri Jirkov, Aleksey İonov (hamısı "Dinamo"), Viktor Fayzulin, Oleq Şatov, Roman Şirokov, Vladimir Bıstrov (hamısı "Zenit"), Dmitri Tarasov, Aleksandr Səmədov (hər ikisi "Lokomotiv"), Denis Qluşakov, Pavel Yakovlev (hər ikisi "Spartak"), Alan Dzaqoyev (ÇSKA), Pavel Mamayev (Krasnodar), Aleksandr Ryazantsev (Rubin), Denis Çerışev (Sevilla, İspaniya).
Hücumçular: Aleksandr Kokorin, Fyodr Smolov (hər ikisi "Dinamo"), Aleksandr Kerjakov (Zenit), Artyom Dzyuba (Rostov).