Səbayel Qurbanovadan "het-trik"

Səbayel Qurbanovadan "het-trik"

"Rəvan" - "Qarabağ" oyunu qadın hakimin idarəçiliyi ilə diqqət çəkib. Fanat.az xəbər verir ki, Səbayel Qurbanova cari mövsümdə Topaz Premyer Liqasının qarşılaşmasına baş hakim kimi çıxan ilk xanım ədalət təmsilçisi olub.

Ümumilikdə isə Azərbaycan çempionatlarının 21 illik tarixində 3-cü dəfə komandaları meydana qadın hakim çıxarıb. Əvvəlki 2 görüş də məhz Qurbanovanın hesabındadı. Artıq 3-ə çatan referi əvvəlki 2 oyununu 2010/11 mövsümündə idarə etmişdi.

Premyer Liqada qadın hakimin idarə etdiyi oyunlar

23.04.2011 

Muğan - Simurq 3:0 

Baş hakim: Səbayel Qurbanova.

12.05.2011

Muğan - MOİK 1:0

Baş hakim: Səbayel Qurbanova.

13.09.2013

Rəvan - Qarabağ 1:1

Baş hakim: Səbayel Qurbanova.

pfl.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər