AFFA-nın prezidenti Rövnəq Abdullayev Azərbaycan milli komandası ilə görüş keçirib.
Fanat.az xəbər verir ki, assosiasiya başçısı AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində noyabrın 16-da, saat 21.00-da “Bakcell Arena”da Norveç yığması ilə qarşılaşacaq millimizə uğurlar arzulayıb, müvafiq tapşırıq və tövsiyələrini verib.
Görüşdə AFFA-nın vitse-prezidenti Elşad Nəsirov və baş katib Elxan Məmmədov iştirak edib.
Fanat.az