"Ruslar Ukrayna müharibəsini ələ salır" -  Eva Lis 

"Ruslar Ukrayna müharibəsini ələ salır" -  Eva Lis 

Tennis üzrə Almaniya çempionu Eva Lis Qazaxıstanın Nur-Sultan şəhərində keçirilən “Çellencer” turnirində rusiyalı idmançıların nalayiq davranışlarından şikayətlənib.

Fanat.Az xəbər verir ki, 20 yaşlı tennisçi "Eurosport"a açıqlamasında rusiyalı idmançıların qeyri-adekvat davranışına görə əsəbiləşdiyini bildirib:

"Burada olan bir çox rusiyalı idmançı Ukrayna müharibəsindən əziyyət çəkənlərə qarşı hörmətsiz davranır. Onlar buna gülür, lağ edirlər. Bəziləri nümayişkaranə şəkildə rus milli rənglərində idman kostyumu geyindilər. Bizim orada baş verənləri geniş şəkildə yaymağımız daha vacibdir. Bu mesaj hər kəsə çatmalıdır”.

Qeyd edək ki, Eva Ukrayna kökənlidir, Kiyevdə doğulub və Nur-Sultanda da sarı-göy rəngli geyimdə yarışıb. O, 1/4 finalda rusiyalı Anastasiya Zaxarova ilə qarşılaşaraq uduzub. Turnirin qalibi rusiyalı Anjelika İsayeva olub.   

"Ruslar Ukrayna müharibəsini ələ salır" -  Eva Lis "Ruslar Ukrayna müharibəsini ələ salır" -  Eva Lis "Ruslar Ukrayna müharibəsini ələ salır" -  Eva Lis 

"Ruslar Ukrayna müharibəsini ələ salır" -  Eva Lis 

Lis bir neçə gün əvvəl Ukraynada olan qohumu ilə bağlı da paylaşım edib: "Bu İvan Berezenkodur. Mənim böyük əmim. Hazırda Kiyevdəki travmatologiya klinikasının baş həkimidir. O, hər zaman yaralı əsgərlər və mülki şəxslər üzərində əməliyyatlar aparmaq üçün klinikada qalır. Gecələr xəstəxananın altındakı bunkerdə yatır. Mən çox fəxr edirəm. Ukraynaya eşq olsun!"

"Ruslar Ukrayna müharibəsini ələ salır" -  Eva Lis Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər