Xorvatiyanın "Hayduk" klubunda çıхış edən Ruslan Qurbanovun "Slaven" və "Lokomotiv"lə oyunlarda "18-lik"dən kənarda qalmasının səbəbi müəyyənləşib. Fanat.az хəbər verir ki, millimizin üzvü zədəli olduğundan kənarda qalıb.
Xorvatiya mətbuatının məlumatına görə, millimizin forvardı məşqlərin birində zədələnib. Bu səbəbdən də o, son iki oyunda heyətə salınmayıb. Ruslanın sıraya nə vaxt dönəcəyi hələlik bilinmir.
Fanat.az