Ruslan Qurbanov son oyunda 45 dəqiqə oynadı

Ruslan Qurbanov son oyunda 45 dəqiqə oynadı

Xorvatiya çempionatında mövsümün sonuncu - XXXVI turunun oyunları keçirilib. Fanat.az xəbər verir ki, Ruslan Qurbanovun çıxış etdiyi "Hayduk" səfərdə "RNK Split"lə qarşılaşıb. 

Eyni şəhəri təmsil edən komandaların duelində qalib müəyyənləşməyib - 1:1. Start heyətdə meydana çıxan Qurbanov fasilədə əvəzlənib.

Qeyd edək ki, "Hayduk" mövsümü 50 xalla üçüncü pillədə başa vurub və Xorvatiyanı Avropa Liqasında təmsil edəcək.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər