Xorvatiya Kubokunda yarımfinal mərhələsinin cavab oyunları keçirilib. Fanat.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Ruslan Qurbanovun çıxış etdiyi "Hayduk" səfərdə meydana çıxıb.
Split təmsilçisi bu şəhərin digər komandası - "RNK Split"lə üz-üzə gəlib. Matç "Hayduk"un 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb. Ruslan matçın 46-cı dəqiqəsində meydana çıxsa da, komandasını məğlubiyyətdən xilas edə bilməyib.
Qeyd edək ki, "Hayduk" ilk oyunda bu rəqibi ilə 1:1 hesablı heç-heçəyə razılaşmışdı. İki oyunun nəticəsinə görə məğlub olan futbolçumuzun komandası finala çıxa bilməyib.
Fanat.az