Rus azarkeşlər İPL oyunlarını Ukrayna hesabına izləyəcək

Rus azarkeşlər İPL oyunlarını Ukrayna hesabına izləyəcək

İngiltərə Premyer Liqası və İngiltərə Futbol Liqasının nümayəndələri Rusiyada yarışların yayımını dayandırmaq qərarına gəldikləri xəbərini vermişdik.

Fanat.Az xəbər verir ki, Rusiyanın "Anqliyskiy Aktsent" portalı azarkeşlər arasında "İPL oyunlarını haradan izləyəcəksiniz?" sualı ilə sorğu keçirib. 

Sorğunun nəticəsi gözlənilməz olub. Belə ki, futbol azarkeşlərinin böyük əksəriyyəti oyunları canlı və pulsuz olaraq Ukrayna telekanalları vasitəsi ilə izləyəcəklərini bildiriblər. 

Qeyd edək ki, bu Ukrayna telekanallarının Rusiya ərazisində yayımının dayandırılmayacağı halda mümkün olacaq.

Xatırladaq ki, İPL və İngiltərə Kuboku oyunlarının yayımı Rusisya ərazisində qeyri müəyyən tarixə qədər dayandırılıb.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər