Runi Mançester derbisindən danışdı

Runi Mançester derbisindən danışdı
"Mançester Yunayted"in şərəfini qoruyan Ueyn Runi İngiltərə mətbuatına danışıb. Fanat.az xəbər verir ki, təcrübəli futbolçu "Etihad" stadionundakı məğlubiyyətdən söz açıb:
"Öz şəhərində uduzmaq heç də insanı xoşbəxt etmir. Üstəlik, qapından 4 qol buraxırsansa, təbii ki, hər bir məğlubiyyət xoşagəlməzdi. Demək olar ki, birinci hissədə oyunun taleyinə aydınlıq gəlmişdi. Lakin biz bu məğlubiyyətlə həvəsdən düşən komanda deyilik. Qarşıda hələ çox oyunlarımız var. İnanıram ki, gələcəkdə hər şey istədiyimiz kimi olacaq".
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər