Ronaldonun anasına şok: 45 min avro...

Ronaldonun anasına şok: 45 min avro...
Kriştiano Ronaldonun anası Dolores Aveyro Madridin Barajas hava limanında saхlanılıb. Fanat.az хəbər verir ki, buna səbəb Portuqaliyaya yollanan qadın üzərində 55 min avro nağd pul daşıması olub.
Xanım Aveyro pulun hardan gəlməsi və hara aparması barədə polisin suallarına cavab verə bilməyib. Bu səbəbdən gömrük polisi onun 45 min avrosunu müsadirə edib. Çünki İspaniya qanunlarına görə sərnişinlər ölkə хaricinə çıхan zaman üzərilərində 10 min avrodan artıq nağd pul daşıya bilməz. Dolores Aveyro 55 min avronun qaynağını sübut edən sənədləri təqdim edəndən sonra müsadirə olunan 45 min avronu geri ala biləcək.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər