Portuqaliyalı müğənni Katya Aveyronun Madriddəki çıxışını qardaşı Kriştiano Ronaldo təşkil edib. Fanat.az İngiltərənin "Daily Star" qəzetinə istinadən xəbər verir ki, son həftələrdə "Non-stop Boom" isimli mahnısı ilə hit-paradlarda birinci olan Katyanın dünya starına çevrilmək arzusunu qardaşı dəstəkləyir.
Məlumata görə, Ronaldo bacısının Madriddəki məşhur gecə klubunda səhnəyə çıxmasını təşkil edib. Bütün təşkilatçılıq işlərini öz üzərinə götürən ulduz futbolçu Katyanın karyerasının istədiyi kimi alınması üçün dəridən-qabıqdan çıxır.