FIFA-nın prezidenti postundan istefa verən Yozef Blatterlə bağlı yeni iddia səslənir. İspaniya və Fransa mediasında yer alan xəbərlərə görə, Blatter "Real"ın portuqaliyalı ulduzu Kriştiano Ronaldonun nişanlısı olmuş tatar supermodel İrina Şeyklə "məhrəm" münasibətlər qurmaq istəyib.
"El Mundo"nun məlumatına görə, 77 yaşlı Blatter 2014-cü ildə keçirilmiş "Qızıl Top" mükafatının təqdimat mərasimində 28 yaşlı İrina Şeyki görəndə ona vurulub. Lakin bundan Blatterin məşuqəsi, əslən erməni olan Linda Barras xəbər tutub. Erməni Barras qısqanclıq zəminində Blatterlə dava da salıb və FIFA prezidentinin İrina Şeykə SMS-lər yolladığını Kriştiano Ronaldoya xəbər verib.
Linda Barras FIFA prezidentindən 28 yaş kiçikdi. İrina Şeykə qədər Yozef Blatterin məşuqələri arasında polyak tennisçi İlona Boquşka və məşqçi Qrasiella Byankanın da olduğu deyilir. Blatter sonradan Byanka ilə evlənmiş, lakin az sonra xanımı boşamışdı.//Milli.Az
Fanat.az