İspaniyanın "Real"ının ulduz futbolçusu Kriştiano Ronaldo ölkə mətbuatına Qaret Beylin "kral" klubuna transferi ilə bağlı açıqlama verib. Fanat.az xəbər verir ki, portuqaliyalı ulduz Beylin qarşıdakı oyunlarda daha da yaxşı çıxış edəcəyinə ümid etdiyini bildirib:
"Qaret Beyl bu pula dəyər? Mən bu sualın cavabını bilmirəm. Hər il klublar futbolçulara bizi şok edən məbləğlər ödəyir. Amma, ümid edirəm ki, Beyl öz gözəl oyunu ilə bu suallara cavab verəcək. Həm də azarkeşlər onun oyunundan zövq alacaqlar."