"Hesab edirəm ki, yaxşı sınaq oyunu oldu. Birinci hissədə daha yaxşı oynadıq. Hesabı bərabərləşdirə bildik". Fanat.az xəbər verir ki, bu sözləri Serbiya ilə yoxlama oyunundan (1:4) Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki deyib.
Xorvat mütəxəssis bildirib ki, serblər ustalıq səviyyəsinə görə millimizdən üstün olub: "Serbiya millisinin üzvlərinin əksəriyyətinin Avropanın aparıcı klublarında çıxış etməsi nəticəyə təsirini göstərdi. Fərdi ustalıq öz sözünü dedi; qolların birini standart vəziyyətdən - künc zərbəsindən, ikisini isə uzaq məsafədən vurulmuş zərbələrdən sonra buraxdıq. Ümumilikdə, oyunu təhlil etməli olsaq, birinci hissədən razı qaldım. Serbiya millisi kimi komandalarla başabaş mübarizə apara bilmək üçün çox çalışmalıyıq. Toplanışın gedişindən razıyam. Noreç yığması ilə oyuna daha böyük motivasiya və istəklə hazırlaşmalıyıq. Buna nail olsaq, rəqibimizlə eyni səviyyədə oynaya bilərik”.
Fanat.az