Reynaldo Silva: finalda 3-cü dubl

Reynaldo Silva: finalda 3-cü dubl
Azərbaycan Kubokunun finalında 3-cü dəfə bir futbolçu 2 qol vurub. Fanat.az хəbər verir ki, ötən gün baş tutan "Qarabağ" - "Neftçi" oyununda Reynaldo Silva dubl edib.
5-39-cu dəqiqələrdə fərqlənən braziliyalı futbolçu komandasının uğurunda pay sahibinə çevilirib. Bununla da Reynaldo finaldakı 3-cü dublun müəllifi olub.
Həlledici oyunda ilk dubl 1995/96 mövsümündə baş tutmuşdu. Belə ki, həmin mövsüm finalda yenə "Qarabağ"la "Neftçi" qarşılaşmış və Yunis Hüseynov 2 qolla "ağ-qaralar"ın uğuruna öz töhvəsini vermişdi.
İkinci dubl isə 2007/08 mövsümündə qeydə alınıb. "Xəzər Lənkəran"ın "İnter"i 2:0 hesabı ilə yendiyi matçda Juninyo rəqib qapısına iki dəfə yol tapmışdı.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər