Rəqibinə gey dedi, meydançadan qovuldu

Rəqibinə gey dedi, meydançadan qovuldu
Norveçdə hakim futbol oyunu zamanı rəqib komandanın üzvünü gey adlandıran oyunçunu meydandan qovub. Fanat.az xəbər verir ki, insident Norveçdə gücümə görə ikinci liqa olan komandaların oyunu zamanı baş verib. 
“Barum” klubunun oyunçusu Simen Yuklerod digər komandanın oyunçusu ilə təkbətək mübarizədə yıxılıb.
Rəqib oyunçu Yuklerodu simulyasiyada günahlandırıb, o isə cavab olaraq onu gey adlandırıb. Nəyicədə Yuklerod qırmızı vərəqə alaraq iki oyunluq cəzalandırılıb.
Bunun Norveç futbol çempionatı tarixində ilk belə insident olduğu bildirilir.//modern.az
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər