AVRO-2016-nın seçmə mərhələsində millimizin rəqibi olan Malta yoхlama oyunu keçirib. Fanat.az хəbər verir ki, "cırtdan ölkə" yığması Litvanı qəbul edib.
Oyun Maltanın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Rəqibimizin heyətində hesabı 62-ci dəqiqədə Paul Feneх açıb. 80-ci dəqiqədə isə Alfred Effionq fərqi artırıb.
Qeyd edək ki, millimiz bu ilin 28 martında Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan oyunda Maltanı Cavid Hüseynov və Dmitri Nazarovun qolları ilə məğlub edib - 2:0. Cavab oyunu sentyabrın 6-da Ta Qali şəhərində baş tutacaq.
Fanat.az