Ukraynanın əməkdar məşqçisi Miron Markeviç Sergey Rebrovun milli komandanın baş məşqçisi olaraq rəsmən təqdim ediləcəyi tarixi açıqlayıb.
Fanat.Az xəbər verir ki, bu barədə "Meta-ratings.com.ua" məlumat yayıb.
70 yaşlı Markeviç belə danışıb: "Fürsətdən istifadə edərək 9 avqustda Ukrayna millisinin yeni baş məşqçisi təyin olunacaq Sergey Rebrova uğurlar arzulayıram. Həmişə dəstəyimə arxalana bilər".
Xatırladaq ki, Ukrayna millisinin sonuncu baş məşqçisi Andrey Şevçenko idi.
Emin Şəmsiyev