"On gündən çoxdu toplanışdayıq. Norveçlə oyuna ciddi hazırlaşmışıq. Komandada da inam var. Çox vacib oyundu". Fanat.az xəbər verir ki, bu sözləri milli komandamızın futbolçusu Rauf Əliyev deyib.
Bu gün keçirilən mətbuat konfransına qatılan forvard azarkeşləri sevindirməyə çalışacaqlarını bildirib: "Son oyunlardakı uğursuzluğu unutdurmaq istəyirik. Çalışacağıq ki, azarkeşləri sevindirək. Komandaya yeni baş məşqçi gəldiyi üçün fərqlilik var. İstəyirik ki, günahın futbolçularda olmadığını sübut edək".
Fanat.az