Bu gün Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin ad günüdü. Fanat.az-ın kollektivi Ramin bəyi 52 yaşının tamam olması münasibəti ilə təbrik edir, ona uzun ömür, can sağlığı və işlərində uğurlar arzulayır.
Ramin Musayev 1963-cü ilin 26 aprelində Gürcüstanın Bolnisi rayonunda anadan olub. Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirib. Uzun müddət Azərbaycanın hüquq-mühafizə orqanlarında çalışıb. Sonradan "Neftçi"nin vitse-prezidenti işləyib. 2008-ci ildən isə Peşəkar Futbol Liqasının prezidentidi.
Fanat.az