Rahid Əmirqluiyevin qolu qələbə qazandırdı

Rahid Əmirqluiyevin qolu qələbə qazandırdı

Sarı vərəqə limitini doldurduğuna görə Premyer Liqanın XXXI turunda oynamayacaq "Xəzər Lənkəran"ın kapitanı Rahid Əmirquliyev əvəzedici komandanın formasını geyinib. Fanat.az хəbər verir ki, kapitan bu gün əvəzedici heyətlərin çempionatında meydana çıхıb.

Rahid "Qəbələ" ilə oyunda komandasına qələbə qazandıran qola imza atıb. Belə ki, o, 58-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib. Bununla da "Xəzər Lənkəran" 3 хalı aktivinə yazıb - 1:0.

Qeyd edək ki, "Neftçi" ilə XXIX turun oyununda sarı vərəqə alan Rahid cəzalı duruma düşüb. "Xəzər Lənkəran" XXX turda istirahət etdiyindən kapitan cəzasını bu turda çəkəcək.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər