Qurban Qurbanovun oğlu bombardir oldu - FOTOLAR

Qurban Qurbanovun oğlu bombardir oldu - FOTOLAR

"Bayıl Arena"da keçirilmiş final oyunu ilə "Coca-Cola U-13 Liqa"nın 2014/15 mövsümünə yekun vurulub. Fanat.az xəbər verir ki, “Neftçi” və “Xəzər Lənkəran” arasında keçirilmiş həlledici oyunda paytaxt təmsilçisi 3:1 hesabı ilə qələbə qazanaraq liqanın qalibi olub.

Final oyunu başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib. Mükafatları AFFA-nın İcraiyyə Komitəsinin üzvü Vaqif Sadıqov, texniki direktor Bernhard Lippert, futbol veteranı Rüstəm Rəhimov, “Neftçi”nin Müşahidə Şurasının üzvü Mübariz Zeynalov, klubun idman direktoru Vəli Qasımov və Coca-Cola şirkətinin nümayəndəsi Elşad Fərzəliyev təqdim ediblər.

Mövsüm ərzində 41 qol vuran Musa Qurbanlı (“Neftçi”) bombardirlər yarışında həmyaşıdlarını qabaqlayıb. “İnter” klubunun üzvü Emil Bayramova "Fair Play" mükafatı verilib. Liqanın ən yaxşı futbolçusu “Neftçi”dən Ziya Məmmədli seçilib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər