Qurban Qurbanovun 6-cı çempionluğu

Qurban Qurbanovun 6-cı çempionluğu

Qurban Qurbanov baş məşqçi kimi ikinci dəfə Azərbaycan çempionu olub. Fanat.az хəbər verir ki, "Qarabağ"ın baş məşqçisi komandasına ardıcıl ikinci mövsümdə qızıl medalları qazandırıb.

Çempionluq sayında rekord Ağasəlim Mircavadova məхsusdu - 5. Bu buna "Qarabağ" (1 dəfə), "Şəmkir" (2), "Neftçi" (1) və "Xəzər Lənkəran"ın baş məşqçisi kimi nail olub.

Kazbek Tuayev 4 çempionluğu "Turan" (1) və "Neftçi"yə (3) rəhbərlik etdiyi dövrdə qazanıb. Mehman Allahverdiyev hər 3 çempionluğu "Kəpəz"lə qazanıbsa, Böyükağa Hacıyev "Bakı"da 1, "Neftçi"də 2 dəfə uğura çatıb.

Qalan 5 çempion məşqçi - Əhməd Ələsgərov (Neftçi), Valentin Xodukin (İnter), Qyoko Hacievski (Bakı), Kaxaber Tsfxadadze (İnter) və Arif Əsədov (Neftçi) hərəyə bir dəfə bu titulu qazana bilib.

Qeyd edək ki, Qurban Qurbanov ümumilikdə 6-cı dəfə Azərbaycan çempionu olub. O, futbolçu kimi 1993/94 mövsümündə "Turan", 1996/97, 2003/04 və 2004/05 mövsümlərində "Neftçi" ilə "qızıl" qazanıb. 

Mövsüm

Qızıl

1992

Əhməd Ələsgərov (Neftçi)

1993

Ağasəlim Mircavadov (Qarabağ)

1993/94

Kazbek Tuayev (Turan)

1994/95

Mehman Allahverdiyev (Kəpəz)

1995/96

Kazbek Tuayev (Neftçi)

1996/97

Kazbek Tuayev (Neftçi)

1997/98

Mehman Allahverdiyev (Kəpəz)

1998/99

Mehman Allahverdiyev (Kəpəz)

1999/00

Ağasəlim Mircavadov (Şəmkir)

2000/01

Ağasəlim Mircavadov (Şəmkir)

2001/02

yarımçıq qalıb

2002/03

keçirilməyib

2003/04

Kazbek Tuayev (Neftçi)

2004/05

Ağasəlim Mircavadov (Neftçi)

2005/06

Böyükağa Hacıyev (Bakı)

2006/07

Ağasəlim Mircavadov (Xəzər Lənkəran)

2007/08

Valentin Xodukin (İnter)

2008/09

Qyoko Hacievski (Bakı)

2009/10

Kaxaber Tsxadadze (İnter)

2010/11

Arif Əsədov (Neftçi)

2011/12

Böyükağa Hacıyev (Neftçi)

2012/13

Böyükağa Hacıyev (Neftçi)

2013/14

Qurban Qurbanov (Qarabağ)

2014/15

Qurban Qurbanov (Qarabağ)

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər