Qurban Qurbanov: "Onlar bizə üçün faydalı olacaq"

Qurban Qurbanov: "Onlar bizə üçün faydalı olacaq"

"Ağır mövsümü geridə qoyduq. Şadam ki, bu rəhbərlik, futbolçular və azarkeşlərlə 2 il ardıcıl çempionluğu yaşadıq". Fanat.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

"İnter"lə oyundan sonra jurnalistlərə açıqlama verən Qurbanov kuboku da qazanmaq istədiklərini deyib: "Bir neçə gün istirahət edəcəyik. Ondan sonra "Neftçi" ilə keçiriləcək həlledici oyunu fikirləşəcəyik. Kuboku da başımız üzərinə qaldırmağı düşünürük". 

Qurbanov Elvin Məmmədov və Coşqun Diniyevin transferindən danışıb: "Onların çıxışını izləyirdik. Elvini əvəlcədən də tanıyırdıq. Bu il heyətimizdə xeyli problemlərimiz oldu. Dəfələrlə oyunçu azlığı ilə bağlı problemlə üzləşdik. Bu üzdən futbolçularımızın sayının artmasına qərar verdik. Düşünürəm ki, onlar "Qarabağ" üçün faydalı olacaq".

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər