Qurban Qurbanov: "Hər şeyə finaldan sonra aydınlıq gələcək"

Qurban Qurbanov: "Hər şeyə finaldan sonra aydınlıq gələcək"

"Transfer çalışmalarımız davam edir. Artıq bir neçə yeni futbolçu ilə müqavilə imzalamışıq. Onların hamısı yerli futbolçulardı. Hələ ki, yenilər arasında legioner yoxdu. Hazırda namizədlərə baxırıq, amma bu gün üçün heç bir seçim etməmişik". Fanat.az хəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

Baş məşqçi müqaviləsi bitən futbolçularla bağlı da danışıb: "Müqaviləsinin müddəti başa çatmaqda olan Ansi Aqolli, Muarem Muarem və Leroy Corca gəlincə, onların da aqibətinə kubok oyunundan sonra aydınlıq gətiriləcək. Finaldan sonra 3-4 gün Bakıda qalacağam ki, həm onlarla yeni müqavilə məsələsini həll edim, həm də yeni transferləri".

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər