"Kimin gedib, kimin qalacağına, hələ qərar verməmişik. Yalnız Muarem Muaremin gedişi dəqiqdi". Fanat.az хəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurbanov Qurbanov deyib.
Baş məşqçi hələ planın hazır olmadığını bildirib: "Ümumi planım hazır deyil. Düşündüyüm komanda hələ tam formalaşmayıb. Təbii ki, gedən oyunçular da olacaq. Hər bir futbolçu daim meydançada olmaq istəyir. Təkliflər də olacaq. Bir-iki gün Bakıda olacam. Çalışacam hamı razı qalsın".
Fanat.az