Qurban Qurbanov "Qızıl dubl" edən 6-cı baş məşqçi kimi tariхə düşüb. Fanat.az хəbər verir ki, "Qarabağ"ın baş məşqçisi cari mövsümü ölkə çempionu və kubokun qalibi kimi başa vurub.
Bundan əvvəlki 6 "Qızıl dubl"da 4 baş məşqçinin imzası olub. Belə ki, Ağasəlim Mircavadov 1993-cü ildə "Qarabağ"la, 2006/07 mövsümündə "Xəzər Lənkəran"la, Kazbek Tuayev 1995/96 və 2003/04 mövsümlərində "Neftçi" ilə bu uğura imza atıb. Onlardan başqa Mehman Allahverdiyev "Kəpəz"lə (1997/98), Böyükağa Hacyev "Neftçi" (2012/13) ilə "Qızıl dubl" edib.
1993 - "Qarabağ", Ağasəlim Mircavadov
1995/96 - "Neftçi", Kazbek Tuayev
1997/98 - "Kəpəz", Mehman Allahverdiyev
2003/04 - "Neftçi", Kazbek Tuayev
2006/07 - "Xəzər Lənkəran", Ağasəlim Mircavadov
2012/13 - "Neftçi", Böyükağa Hacıyev
2014/15 - "Qarabağ", Qurban Qurbanov
Fanat.az