"Valensiya" İsrafilovun komandasını darmadağın etdi

"Valensiya" İsrafilovun komandasını darmadağın etdi
İspaniya La Liqasında 33-cü turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun komandası - "Qranada" da növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "Valensiya" ilə qarşılaşıb. Matç "Qranada"nın 0:4 hesablı məğlubiyyəti ilə başa çatıb. Eddi zədəli olduğuna görə bu qarşılaşmanın iştirakçısı olmayıb.
Qeyd edək ki, "Qranada" hazırda 25 xalla turnir cədvəlinin 19-cu pilləsində qərarlaşıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər