"Traktorsazi" uduzdu

"Traktorsazi" uduzdu
İran Pro Liqasında növbəti turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, "Traktorsazi" bu həftə Gilanda "Damaş"ın qonağı olub.
Təbriz klubu meydanı 0:1 hesablı məğlubiyyətlə tərk edib. Matçın yeganə qoluna 75-ci dəqiqədə Amin Motevaselzadə imza atıb.
Təbrizin digər təmsilçisi "Qostareş-Fulad" isə "Zob Ahan" qəbul edib və 2:0 hesablı qələbə qazanıb. Cənubi Azərbaycan klubunun heyətində Rəsul Əlizadə dubl edib.
Qeyd edək ki, "Traktorsazi" 10 turdan sonra 16 xalla 5-ci pilləni tutur və lider "Fulad"dan 6 xal geri qalır. "Qostareş-Fulad" isə 13 xalla 9-cu pillədə qərarlaşıb.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər