"Simurq"un zədəlilərindən yeni xəbər

"Simurq"un zədəlilərindən yeni xəbər
"Simurq"un zədəli futbolçusu Tural Axundova tam sağalıb. Bu barədə Fanat.az-a klubun mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev məlumat verib.
Klub rəsmisi bildirib ki, Tural dünən "İnter"lə keçirilən yoxlaa oyununda meydana çıxıb. 
Digər zədəlilərə gəlincə, Murad Səttarlı və Banaş Adam da artıq sağalıb. Onlar komanda ilə məşqlərə başlayıb.
Rüstəm Allahverdiyev bildirib ki, yalnız Vüraq Mustafayevin köhnə zədəsi yenidən özünü biruzə verib. Gənc futbolçu yenidən müayinə olunacaq.
Qeyd edək ki, dünən "İnter"lə yoxlama oyunu keçirən "Simurq"un futbolçularına istirahət verilib. Komanda sabah məşqləri bərpa edəcək.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər