"Sumqayıt"ın uğursuz oyunlar seriyası başa çatıb. Fanat.az хəbər verir ki, "gənclik şəhəri" təmsilçisi uzun fasilədən sonra qələbə qazanıb.
"Sumqayıt" ötən gün Premyer Liqanın XXXI turu çərçivəsində "Simurq"u qəbul edib. Pərdis Fərcad-Azadın 49-cu dəqiqədə vurduğu qol oyunda yeganə olub və meydan sahibləri 1:0 hesablı qələbə qazanıb.
Bununla da "Sumqayıt" 13 oyunluq qələbəsizliyə son qoyub. Maraqlıdı ki, Aqil Məmmədovun başçılıq etdiyi komanda son qələbəsini də "Simurq" üzərində qazanmışdı. Premyer Liqanın XV turunda baş tutan həmin oyun ötən ilin 7 dekabrına təsadüf etmişdi - 2:1. Həmin vaхtdan sonrakı 139 gündə 13 oyun keçirən "Sumqayıt" 6 dəfə məğlub olmuş, 7 oyunda "sülh"ə razılaşmışdı.
"Sumqayıt"ın qələbəsiz oyunlar seriyası
Neftçi - Sumqayıt 3:2
Sumqayıt - Qəbələ 1:1
Qarabağ - Sumqayıt 2:0
İnter - Sumqayıt 0:0
Bakı - Sumqayıt 0:0
Sumqayıt - AZAL 0:0
Simurq - Sumqayıt 1:1
Sumqayıt - Neftçi 0:1
Qəbələ - Sumqayıt 2:0
Sumqayıt - Qarabağ 1:2
Xəzər Lənkəran - Sumqayıt 3:2
Sumqayıt - Bakı 0:0
AZAL - Sumqayıt 1:1
Fanat.az