"Simurq"dan iflas açıqlaması

"Simurq"dan iflas açıqlaması

"Mart ayında Beynəlxalq Bankın İdarə Heyətində dəyişiklikdən sonra "Simurq" klubuna maliyyə dayanıb. Bildiyiniz kimi klubumuz sosial layihə kimi bu bankdan maliyyələşirdi". Fanat.az xəvər verir ki, bu sözləri anspress-ə "Simurq"un mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev deyib. 

O bildirib ki, Beynəlxalq Bankın sədri dəyişdikdən sonra kluba vəsait ayrılmayıb. Sponsorların demək olar ki, hamısı pul ödənişi etməkdən imtina edib: "Bizə ayrılan pul ödənişi dayandığı üçün maliyyə çətinliyi yaranıb. Bu, klubun iflası demək deyil, çünki vəsaitlər qayda-qanun çərçivəsində xərclənib. Sadəcə olaraq kluba maliyyə ödənişi kəsilib. Güman edirik ki, yaxın günlərdə klubumuzla bağlı müsbət qərar qəbul ediləcək. Bizə deyilib ki, "Simurq"un taleyi müsbət mənada həll olunacaq".

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər