Əvəzedici heyətlərin ölkə birinciliyində 4-cü turun növbəti oyunu keçirilib. Fanat.az xəbər verir ki, “Simurq”un qonağı olan “Bakı” 1-1 hesablı heç-heçəyə nail olub.
Zaqatala təmsilçisinin qolunu Cavad Kazımov (d.34) vurub. “Bakı”nın bərabərlik qolu isə Mahir Mədətovun (d.86) aktivinə yazılıb. Tura şənbə günü keçiriləcək üç oyunla yekun vurulacaq.