Topaz Premyer Liqasının XXXIV turunda "Bakı"nı qonaq edəcək "Simurq" hazırlıqları tamamlayıb. Fanat.az xəbər verir ki, dünən son məşqinə çıxan komanda bir saatdan artıq çalışmaları davam etdirib.
Hazırlıq prosessində zədəli Vüqar Mustafayev və Samir Zərgərov iştirak etməyib.
Qeyd edək ki, cari mövsümün Zaqatalada keçiriləcək son qarşılaşması bu gün saat 17.00-da start götürəcək. Qarşılaşmanı Vüsal Əliyev idarə edəcək.
Fanat.az