Topaz Premyer Liqasının VII turunda "Simurq" "Dalğa Arena"da "Qarabağ"ın qonağı olacaq. Fanat.az xəbər verir ki, son iki turda qalib gəlməyi bacaran Zaqatala təmsilçisi artıq hazırlıqların tamamlayaraq istirahətə çəkilib.
Oyunöncəsi bir saata yaxın məşq edən "sarı-qaralar", isinmə hərəkətlərindən sonra qısa ötürəmələrdən ibarət taktiki təmrinləri yerinə yetirib. 3 qrupa bölünərək "kvadrat" oynadıqdan sonra isə ikitərəfli oyunla hazırlıq davam edib. Sonda isə cinahlardan asmalar və onların tamamlanması, qapıya zərbələr yerinə yetirilib.
Qeyd edək ki, qarşılaşma bu gün saat 19.30-da "Dalğa Arena"da baş tutacaq.