Mayın 23-ü "Şahdağ" - "Şəmkir" oyununda Qusar klubunun 65 illik yubileyinun qeyd edilməsi nəzərdə tutulmuşdu. Fanat.az xəbər verir ki, tədbirdə konsertlə yanaşı, yerli veteran futbolçularının və rayonun rəsmi şəxslərinin çıxışı gözlənilirdi.
Amma Bakıda baş vermiş yanğına görə "Şahdağ"ın prezidenti Ərəstun Niftiyevin tapşırığına əsasən yubiley tədbiri keçirilməyəcək. Bununla yanaşı mayın 23-ü "Şahdağ" meydana qara sarğı ilə çıxacaq və oyundan əvvəl faciə qurbanları bir dəqiqəlik sükutla anılacaq.
Fanat.az