"Ruslan Tağızadə qırmızı vərəqəni bir qədər gec aldı"

"Ruslan Tağızadə qırmızı vərəqəni bir qədər gec aldı"

Roman Qriqorçuk "Sumqayıt"la oyunla (2:0) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, “Qəbələ”nin baş məşqçisi bunları deyib:

“Oyun gözlədiyimiz kimi çətin keçdi. Sumqayıtda süni örtüklü meydançada oynamaq ağırdı. Əvvəlki oyunlarla müqayisədə baxımlı futbol sərgiləyə bilmədik. Amma ümumi götürsək, çox da ideal olmayan meydançadakı oyunu qalib başa vurduğumuza görə şadam. Elvin Camalovu meydançadan çıxarmağımın səbəbi sarı vərəqə alması idi. Düşündüm ki, gənc oyunçu digər epizodlarda ehtiyat eləməz, passivində sarı vərəqəsi olduğunu unudar. Yaxşı ki, onun yerinə meydançaya daxil olan Ruslan Tağızadə qırmızı vərəqəni daha tez yox, bir qədər gec aldı. Bu isə sözsüz ki, heç də yaxşı məqam deyil”.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər