"Rəvan” Topaz Premyer Liqasının 8-ci turunda qarşılaşacağı AZAL ilə oyunun hazırlıqlarına start verib. Fanat.az xəbər verir ki, Bayıl təmsilçisi ötən həftəsonu bərpaedici tədbirlər keçdikdən sonra bu gündən etibarən yenidən meydan məşqlərinə başlayıb.
Baş məşqçi Vladislav Qədirovun rəhbərliyi altında "Bayıl Arena"da keçirilən hazırlıqda zədəli Tofiq Mikayılovla Elvin Həsənəliyev istisna olmaqla, komandanın bütün üzvləri iştirak edir. Təxminən 2 saat davam edən bugünkü səhər məşqində futbolçular toplu çalışmalar üzərində işlədi. Məşq ümumilikdə taktiki-texniki yöndə oldu.