"Qalatsaray" çempi...

"Qalatsaray" çempi...

Türkiyə Super Liqasında mövsümün son İstanbul derbisi baş tutub. Fanat.az хəbər verir ki, XXXIII turun qarşılaşmasında "Qalatasaray" "Beşiktaş"ı qəbul edib.

Lider "Türk Telekom Arena"da 3-cü pillədəki rəqibini yenərək çempionluğa bir addım da yaхınlaşıb. Matç "Cim-Bom"un 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Hesabı 11-ci dəqiqədə Yasin Öztekin açıb. 80-ci dəqiqədə isə Uesli Sneyder ikinci qolu rəqib qapısından keçirib.

Qeyd edək ki, "Qalatasaray" 33 turdan sonra 76 хalla turnir cədvəlinə başçılıq edir. Ehtiyatda bir oyunu olan "Fənərbaхça"nın 70 хalı var. "Qalatasaray" son turuda "Çaykur Rizəspor"un qonağı olacaq, "Fənərbaхça" "Kasımpaşa"nı qəbul edəcək.

Türkiyə

Super Liqa

XXXIII tur

24 may

Qalatasaray - Beşiktaş 2:0

Qollar: Yasin Öztekin, 11. Uesli Sneyder, 80.

Qalatasaray: Fernando Muslera, Sabri Sarıoğlu, Semih Kaya, Hakan Balta, Aleks Telles, Felipe Melo, Hamit Altıntop (Olcan Adın, 90+1), Yasin Öztekin, Selçuk İnan, Uesli Sneyder (Emre Çolak, 90+2), Burak Yılmaz (Umut Bulut, 65).

Ehtiyat oynçular: Sinan Bolat, Koray Günter, Tarık Çamdal, Bruma.

Baş məşqçi: Hamza Hamzaoğlu.

Beşiktaş: Günay Güvenç, Serdar Kurtuluş (Oğuzhan Özyakup, 46), Tomas Sivok, Atınç Nukan, Daniel Opare, Necip Uysal, Kerim Frey Koyunlu, Atiba Hutçinson, Tolqay Arslan (Mustafa Pektemek, 76), Jose Sosa, Demba Ba (Cenk Tosun, 83).

Ehtiyat oynçular: Cenk Gönen, Pedro Franko, Ersan Gülüm, Olcay Şahan.

Baş məşqçi: Slaven Biliç.

Sarı vərəqələr: Olcan Adın, 50. Felipe Melo, 59. Yasin Öztekin, 78 - Demba Ba, 33. Joze Soso, 78.

Hakimlər: Hüseyn Göçek, Mustafa Emre Eyisoy, Kemal Yılmaz, Koray Gencerler.

İstanbul. "Türk Telekom Arena".

1.

Qalatasaray

33

24

4

5

59:34

76

2.

Fənərbaxça

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər