"Prosineçkidən çox şey öyrənmişəm"

"Prosineçkidən çox şey öyrənmişəm"
Serbiya millisinin futbolçusu Nikola Maksimoviç Azərbaycanla yoldaşlıq oyunu öncəsi açıqlama verib. Fanat.az Serbiya Futbol Federasiyasının saytına danışan futbolçu onu "Srvena Zvezda"ya millimizin baş məşqçisi Robert Prosineçkinin gətirdiyini bildirib: 
"Məni "Srvena Zvezda"ya Robert Prosineçki gətirib. Onunla çalışdığım müddətdə çox şey öyrənmişəm. Biz indi hansı vəziyyətdə olduğumuzu bilirik. Danimarka ilə Kopenhagendəki görüşdə nə etməli olduğumuzu da başa düşürük. Onlara qarşı yaxşı oynamalıyıq".
Qeyd edək ki, Azərbaycan - Serbiya matçı iyunun 7-də Avstriyanın Pölten şəhərindəki NV Arena-da keçiriləcək. Qarşılaşma yerli vaxtla saat 17.00-da (Bakı vaxtı ilə saat 20.00) başlayacaq. Bu matçdan sonra Serbiya millisi iyunun 13-ü AVRO-2016nın seçmə mərhələsi çərçivəsində səfərdə Danimarka ilə üz-üzə gələcək.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər