Norveç yığmasının müdafiəçisi Hovard Nordveyt Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində dünən Bakıda millimizlə baş tutan oyundan sonra fikirlərini bölüşüb. Fanat.az xəbər verir ki, yığmamızın qapısına vurulan yeganə qolun müəllifi bunun ev hazırlığı olduğunu bildirib.
Futbolçunun fikirlərini təqdim edirik: "Bu, əla qol idi. Çünki bunun üzərində çox çalışmışdıq. Bundan əlavə, Yohansenlə oteldə də şifahi müzakirəmiz olmuşdu. Hər şey ideal alındı. Azərbaycandan aqressiv oyun gözləyirdik. Onlar bunu daha çox ilk yarıda nümayış etdirdilər".
Fanat.az