"Neftçala" qarışdı: rəhbərlik qorxuya düşdü

"Neftçala" qarışdı: rəhbərlik qorxuya düşdü

"Neftçala"nın "Kəpəz"lə oyunda qələbəyə görə komandaya böyük məbləğdə mükafat vəd etməsi, amma 3:0-lıq matçdan sonra futbolçulara cəmi 120 manat paylanması barədə xəbər vermişdik. Xəbər klubda hay-küyə səbəb olub, rəhbərlik əl-ayağa düşüb.

Belə ki, xəbər yayımlanandan sonra əvvəlcə özünü klubun icraçı direktoru kimi təqdim edən Ramil adlı şəxs, ardınca isə vitse-prezident Vidadi Məmmədov redaksiyamızla əlaqə saxlayıb, xəbəri verən mənbənin kimliyini öyrənməyə çalışdı. Biz qarşı tərəfə "xəbəri doğru deyilsə, təkzib edin, biz də fikirlərinizi dərc edək" desək də, onlar "mənbə kimdi" sualında israr etdilər.

"Neftçala" rəsmilərinin bu qədər israr etməsi xəbərimizin doğru olduğunu deməyə əsas verir. Görünür onlar klubun sponsor şirkətindən futbolçulara vəd olunan məbləğdə mükafatı alsalar da, oyunçulara cəmi 120 manatı rəva görüblər. İndi isə xəbərin sponsorun -  "SOCAR Petroleum"un "qulağına çatmasından" qorxaraq, əl-ayağa düşüblər. Proseslər bu ehtimalın doğruluğundan xəbər verir.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər