"Komandamız əsasən təcrübəsiz oyunçulardan ibarətdi"

"Komandamız əsasən təcrübəsiz oyunçulardan ibarətdi"

Topaz Premyer Liqasının VII turunda keçirilən "Neftçi" - "Simurq" qarşılaşmasından sonra qonaqların baş məşqçisi Aqil Məmmədov oyun haqda fikirlərini bildirib. Fanat.az xəbər verir ki, Məmmədov komandasının gənc olduğunu bildirib:

 “Azərbaycanın ən güclü komandalarından birinə qarşı oynadıq. Çətin oyun idi, komandamızda əsasən gənc, təcrübəsiz oyunçulardı. Fikrimcə, bu gün 1 xal qazandıq. Bəzi epizodlarda həm bizim, həm də “Neftçi”nin bəxti gətirdi. Bütün rəqiblərə eyni yanaşırıq. Öz oyun üslubumuz var, əks-hücumlarda oynayırıq.Komandamı təbrik edirəm”.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər