"Qarabağ"ın "İmarət" Azad Azarkeş Qrupu Bakıdakı faciəvi yanğın qurbanlarını yad edəcək. Fanat.az хəbər verir ki, azarkeş qrupunun rəhbərliyi bununla bağlı qərar qəbul edib.
Belə ki, "İmarət" üzvləri mayın 22-də baş tutacaq "İnter" - "Qarabağ" matçında qapının arxasındakı tribunaya qara, yazısız parça asıb 90 dəqiqə səssiz oturacaq. Azarkeş qrupu hamını stadiona qara geyimdə gəlməyə çağırıb.
"İmarət" həmçinin çempionluq tədbirlərini də təхirə salıb.
Fanat.az