"Heç kim Qurban Qurbanovun namizədliyini irəli sürmədi" - Elxan Məmmədov

"Heç kim Qurban Qurbanovun namizədliyini irəli sürmədi" - Elxan Məmmədov
AFFA-nın baş katibi Elxan Məmmədov Qurban Qurbanovun millinin baş məşqçisi olmaq ehtimalı ilə bağlı danışıb. Fanat.az xəbər verir ki, asossasiya rəsmisi "Qarabağ"ı çalışdıran mütəxəssisin namizədlər siyahısında olmadığını bildirib: 
"Bu məsələyə İcraiyyə Komitəsi baxır. İndiyə qədər onlardan heç biri nə Qurban Qurbanovun, nə də hər hansı yerli məşqçinin namizədliyini irəli sürüb. Kimsə onun namizədliyini istəsə, siyahıya əlavə edəcəyik". 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər