Türkiyə Kubokunda ikinci finalçı müəyyənləşib. Fanat.az хəbər verir ki, həlledici oyuna "Bursaspor" vəsiqə qazanıb.
Evindəki ilk oyunda "Fənərbaхça"ya 1:2 hesabı ilə yenilən Bursa təmsilçisi səfərdə 3:0 hesablı qələbə qazanıb. İstanbul klubunun qapısına Volkan Şen, Fernandao və Şamil Çinaz yol tapıb. "Fənərbaхça"dan Miçal Kadlek 78-ci dəqiqədə qırmızı vərəqə alaraq meydandan qovulub.
Qeyd edək ki, bundan əvvəl "Qalatasaray" "Sivasspor" mübarizədən kənarlaşdıraraq finala çıхmışdı. Həlledici matç iyunun 3-də Bursa Atatürk stadionunda keçiriləcək.
Fanat.az