"Çaykur Rizəspor"la matçda komandanın başında mən olacağam". Fanat.az xəbər verir ki, bu sözləri "Qalatasaray"ın məşqçisi Hasan Şaş deyib.
Fatih Terimin gedişindən sonra Ümit Davala ilə birlikdə istefa verdiyi deyilən Şaş komandadan gedəcəyi tarixi açıqlayıb: "Bizimlə bağlı rəsmi qərar hələ açıqlanmayıb. Məqsədimiz komandanı yeni baş məşqçisi ən yaxşı şəkildə təhvil verməkdi. "Çaykur Rizəspor" matçında komandanın başında olub, yeni baş məşqçi gəldiyi gün istefa verəcəm. Biz Fatih Terimlə gəldik, onunla da gedəcəyik. Klubdan təzminant tələb etmək ağlımın ucundan belə keçmir".